Əsas səhifə » Türkiyə olmadan Avropada uzunmüddətli sülh mümkün deyil – Orban

Türkiyə olmadan Avropada uzunmüddətli sülh mümkün deyil – Orban

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə olmadan Avropada uzunmüddətli sülh mümkün deyil.

AzerPress xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

Məlumata əsasən, V.Orban Macarıstanın Ukraynada müharibənin dayandırılmasının və Ukraynanı qane edəcək yeni Avropa təhlükəsizlik planının yaradılmasının tərəfdarı olduğunu bildirib.

banner

“Avropada yeni təhlükəsizlik arxitekturasının vaxtıdır. Burada mütləq Türkiyə də olmalıdır”, – deyə o vurğulayıb.

Macarıstan baş naziri daha sonra Avropada təhlükəsizliyin bərpasına verdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti başlayıb.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice