Əsas səhifə » Türkiyə müdafiə sənayesi sahəsindəki gücünü Misir və digər Afrika ölkələrinə daşımağı hədəfləyir – Türkiyə MN

Türkiyə müdafiə sənayesi sahəsindəki gücünü Misir və digər Afrika ölkələrinə daşımağı hədəfləyir – Türkiyə MN

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə müdafiə sənayesi sahəsindəki gücünü Misir və digər Afrika ölkələrinə daşımağı hədəfləyir.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazir müavini Dr. Cəlal Sami Tüfekçi dekabrın 4-də Misirin paytaxtı Qahirədə başlayan Misir Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (EDEX-2023) deyib.

“Misirdə bizim üçün böyük imkanlar var. Dəniz platformalarında, sursat sənayesində, onların xətlərinin yaradılmasında, quru aparatlarında, pilotsuz uçuş aparatlarında, pilotlu platformalarımızda və təyyarələrimizdə böyük imkanlar var.” – deyə Tüfekçi bildirib.

banner

O qeyd edib ki, EDEX-2023 sərgisində Türkiyədən 23 firma stend açıb və 10-a yaxın türk şirkəti isə stend açmadan sərgiyə qatılıb.

“Sərgidə iştirak edən şirkətlər Misir və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirirlər. Bu, bizim üçün bir fürsətdir. Bu mənada biz bu mühitdən istifadə etmək istəyirik. Biz bir ay əvvəl Misirə səfər etdik. Görüş zamanı Misir hakimiyyəti ilə potensial məsələləri müzakirə etdik” – deyə nazir müavini bilirib.

Məlumat üçün qeyd edək ki, Misirin paytaxtı Qahirədə, aralarında Aselsan, Baykar, BMC, Sarsılmaz və Canik kimi türk firmalarının da olduğu təxminən 400 şirkətin iştirakı ilə keçirilən EDEX-2023 dekabrın 4-də Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən açılıb.

EDEX-2023 dekabrın 7-dək davam edəcək.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice