Əsas səhifə » Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

AzerPress xəbər verir ki, iclasda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək.

Məlumata əsasən, Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə əməliyyatları da müzakirə ediləcək mövzular arasındadır.

banner

Bundan əlavə, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı prosesə baxılacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice