79
Bakı, AzerPress:
Türkiyə META sosial media platformaları Threads və Instagramda rəqabət hüququnun pozulması ilə bağlı istintaq başladıb.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Şurası açıqlama verib.
Məlumata əsasən, ilkin araşdırma Threads tətbiqinin Instagram tətbiqi ilə əlaqələndirilməsinin rəqabət qanununu pozub-pozmadığına dair istintaq açmaq üçün ciddi və kifayət qədər dəlillər ortaya çıxarıb.
Qeyd edək ki, daha öncə Türkiyə Rəqabət Şurası “Facebook” və “WhatsApp” tətbiqetməsinə qarşı yeni istifadəçi qaydaları səbəbiylə istintaq başlatmışdı.