Əsas səhifə » Türkiyə İraqa neft nəqlini bərpa edəcək

Türkiyə İraqa neft nəqlini bərpa edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə İraqa neft nəqlini bərpa edəcək.

AzerPress-in məlumatına görə, Ankarada Türkiyə və İraq nümayəndə heyətləri arasında keçirilən görüş zamanı, neftin daşınması məsələsi gündəmdə olub. Türkiyənin neft nəqlinin bərpasına hazır olduğu bildirilib və bu, bir daha İraq tərəfinin diqqətinə çatdırılıb.​

Eyni zamanda, görüş zamanı terror təşkilatı PKK məsələsi də müzakirə olunub və vurğulanıb ki, Türkiyə terrorla mübarizədə İraqa hər cür yardım etməyə hazırdır.

banner

Qeyd edək ki, İraq Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin dünən Türkiyəyə rəsmi səfər edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice