Əsas səhifə » Türkiyə İran prezidentinin ölümü səbəbi ilə ölkədə matəm elan edib

Türkiyə İran prezidentinin ölümü səbəbi ilə ölkədə matəm elan edib

Tasnim İsmixan

Bakı. AzerVoice:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar ölkədə bir günlük matəm elan edib.

AzerVoice xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabineti iclasından sonra deyib.

“Kabinet iclasımızda İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə milli matəm günü elan etməyə qərar verdik” – deyə o bildirib.

banner

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Təsnim Rufizqızı

Digər Kateqoriyalar

2023 © AzerVoice