Bakı. AzerPress:
Martın 16-da imzalanan “Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ratifikasiya edilib.
AzerPress bu barədə Türkiyənin “Rəsmi Gazete”-nə istinadən bildirir.
Türk Dövlətləri Təşkilatının (TDT) qurucu üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın imzaladığı saziş çərçivəsində regiondaxili ticarətin təşviqinə töhvə vermək və ortaq maliyyələşdirmə məqsədilə bu fondun yaradılması qərara alınıb.
Saziş çərçivəsində fond regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləməklə TDT-yə üzv dövlətlərin iqtisadi inkişafına töhfə vermək hədəflənir.
Qeyd edək ki, razılaşmada fondun açılış iclasından sonra 20 il ərzində fəaliyyət göstərəcəyi bildirilib.