Bakı. AzerPress:
Türkiyə ilə İraq arasındakı ticarəti tənzimləmək üçün ikitərəfli danışıqlar başlayır.
AzerPress-in məlumatına görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin göstərişi ilə yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək.
Danışıqlar zamanı müxtəlif mövzular müzakirə olunacaq və İraq bankları üçün xarici hesabların açılması, müxtəlif xarici valyutalarda əməliyyatların aparılması ilə bağlı danışıqlar aparılacaq.
O cümlədən, danışıqlar zamanı bir digər məsələ də – İraq sakinləri və turistlərin Türkiyə maliyyə bazarında kredit kartlarından istifadəsinin asanlaşdırılması və iki ölkə arasında ticarətin tənzimlənməsi müzakirə ediləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun