Bakı. AzerPress:
Türkiyə ilə Hollandiya arasında kommersiya əlaqələrini dərinləşdirəcək və qarşılıqlı investisiya imkanlarını gücləndirəcək məsələlər üzrə (JETCO) Protokolu imzalanıb.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat məlumat verib.
“Hollandiyanın Xarici Ticarət və İnkişaf Əməkdaşlığı naziri Liesje Schreinemacher ilə görüşümüzdə, ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi çərçivəsində bir çox mövzuları müzakirə etdik. Görüşümüzdə Türkiyə ilə Hollandiya arasında ticarət həcmini daha da artırmaq və xüsusilə bu kimi sahələrdə əməkdaşlığımızı gücləndirmək üçün birlikdə işləməyə qərar verdik. Schreinemacher ilə (JETCO) Protokolu imzaladıq və bu protokolda iki ölkə arasında ticarət əlaqələrini dərinləşdirəcək və qarşılıqlı investisiya imkanlarını gücləndirəcək mövzularda razılaşdıq. Ticarət diplomatiyası fəaliyyətləri çərçivəsində əməkdaşlıq yolu ilə Türkiyənin gücünü artırmağa davam edəcəyik”,- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin Ticarət naziri Ömər Bolat, Hollandiyada rəsmi səfərdədir.
Aytac Süleymanova
Twitter: a_alieva_