72
Bakı. AzerPress:
Türkiyə ilə fikir ayrılıqları yaşadığımız məsələlərə konstruktiv yanaşmalıyıq.
AzerPress-in məlumatına görə, bu barədə Avropa İttifaqı (Aİ) Şurası bildirib.
“Türkiyə ilə dialoqun davam etdirilməsi vacibdir. Biz fikir ayrılığımız olan məsələləri konstruktiv şəkildə həll etməliyik. Türkiyə Aİ-yə namizəd ölkə və əsas tərəfdaşdır”, – deyə məlumatda qeyd edilib.
Əlavə olaraq məlumatda vurğulanıb ki, Aİ Ankara ilə miqrasiya, iqlim, terrorla mübarizə və regional məsələlərdə əməkdaşlıq etməkdə qərarlıdır.