Bakı. AzerPress:
Almaniya Türkiyənin Eurofighter Typhoons təyyarələrini almağına əngəl olduğu üçün Ankara Çin-Pakistan istehsalı olan JF-17 Thunder təyyarəsi ala bilər.
AzerPress xəbər verir ki, Türkiyənin bir neçə il ərzində texnoloji cəhətdən daha inkişaf etmiş döyüş donanmasına sahib olacağı gözlənilir.
Məlumata əsasən, Türkiyə qərar verərsə, Çin-Pakistan müştərək istehsalı olan JF-17 Hərbi Hava Qüvvələrinə inteqrasiya olunacaq və F-16-lar üçün uyğun bir alternativ olacaq.
Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər daha öncə 40 ədəd Eurofighter təyyarəsinin alınacağını bildirmişdi.
Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri JF-17-dən terrorla mübarizə əməliyyatlarında istifadə etməklə uğurlu nəticələr əldə edib. Pakistanın sonuncu blok III variantının dəyəri təxminən 32 milyon ABŞ dollarıdır. F-16-dan fərqli olaraq, JF-17 reaktivləri PL-5 qısa mənzilli hava raketi, LS-6 ‘Thunderstone’ GPS ilə idarə olunan sürüşmə bombaları yerləşdirmək üçün nəzərdə tutulub.