Əsas səhifə » Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb

Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb

Aytac Suleymanova

Bakı. AzerPress:

Qəzzada Nitzarim yaxınlığındakı Türkiyə-Fələstin Dostluq Xəstəxanası yanacağı bitdiyi və iki dəfə bombardman edildiyi üçün fəaliyyətini dayandırıb.

AzerPress-in məlumatına görə, bu barədə Fələstinin Səhiyyə naziri Mai Kilah məlumat verib.

“Qəzzada Nitzarim yaxınlığındakı Türkiyə-Fələstin Dostluq Xəstəxanası yanacağı bitdiyi və iki dəfə bombardman edildiyi üçün fəaliyyətini dayandırıb. Həmçinin, Qəzzanın ən böyük xəstəxanası olan Şifa xəstəxanasında 24 saatdan az yanacaq qalıb. İsrail döyüş təyyarələrinin xəstəxananın üçüncü və sonuncu mərtəbəsini bombalaması nəticəsində Türk-Fələstin Dostluq Xəstəxanasına ciddi ziyan dəyib”,- deyə o bildirib.

banner

Qeyd edək ki, Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu yeganə xəstəxana olan Türk-Fələstin Dostluq Xəstəxanası Fələstinin ən böyük xəstəxanalarından biri kimi seçilir.

Türkiyə tərəfindən, təxminən, 34 min 800 kvadratmetr sahədə inşa edilən, 3 mərtəbəli və 180 çarpayılıq xəstəxananın tikintisi 2017-ci ildə başa çatdırılıb.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice