Əsas səhifə » Türkiyə dünya sülhünün və qlobal sülhün qarantıdır – Altun

Türkiyə dünya sülhünün və qlobal sülhün qarantıdır – Altun

Aytac Suleymanova

Bakı. AzerPress:

Böyük və qüdrətli Türkiyə dünya sülhünün və qlobal sülhün qarantıdır.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“Son 20 ildə möhtərəm prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar, görülən işlər əsri təmsil edən böyük işlərdir. Bir tərəfdən keçmişlə müqayisədə onlar öz dərinliyi, keyfiyyəti və kəmiyyəti baxımından son dərəcə qabaqcıl hərəkətlərdir, eyni zamanda gələcəyə təsir baxımından da vacib və kritik tədbirlərdir. Türkiyə Əsrinin vizyonu həyata keçdikcə bu dövlətin nə qədər böyük və qüdrətli olduğunu bütün dünya görəcək. Türkiyə dünya sülhünün və qlobal sülhün təminatıdır”,- deyə Altun bildirib.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice