123
Bakı, AzerPress:
Türkiyə-BƏƏ İqtisadi və Ticarət Tərəfdaşlığı Komitəsinin 1-ci dövr iclasının protokolu imzalanıb.
AzerPress xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi X sosial media hesabında paylaşım edib.
“Ölkələrimiz arasında həyata keçirdiyimiz bu yeni mexanizmin töhfəsi ilə ticarət, investisiyalar, logistika, maliyyə və enerji sahələrində yeni əməkdaşlıq sahələri yaradacağmıza inanırıq. Ümid edirəm ki, imzaladığımız anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, 29 oktyabr tarixində Türkiyə Cümhuriyyəti 100-cü il dönümünü qeyd edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01