Əsas səhifə » Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək- Hakan Fidan

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək- Hakan Fidan

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşması və dərinləşməsi bizi çox sevindirir. Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və Transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsi, bu baxımdan, çox vacibdir”, – deyə o əlavə edib.

banner

Bundan əlavə, H.Fidan Şimali Kiprdə türk xalqına qarşı tətbiq edilən ədalətsiz təcridin qarşısında birlik olmağa çağırış edib.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice