Əsas səhifə » Türkiyə-Azərbaycan-Türkmənistanın üçtərəfli mexanizmi müxtəlif səviyyələrdə davam edir – Yılmaz

Türkiyə-Azərbaycan-Türkmənistanın üçtərəfli mexanizmi müxtəlif səviyyələrdə davam edir – Yılmaz

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə-Azərbaycan-Türkmənistanın üçtərəfli mexanizmi müxtəlif səviyyələrdə davam edir.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Ticarət və Sənaye Palatasında TOBB (Türkiyə Ticarət Palata və Birjaları Birliyi) və DEİK-in (Xarici İqtisadi Əlaqələr Şurası) əməkdaşlığı ilə keçirilən Türkiyə-Türkmənistan İş Forumunda deyib.

“Məqsədimiz iş adamlarımızın bir araya gəlməsi və yeni əməkdaşlıq sahələrinin yaradılmasıdır. Çünki şirkətlərimiz arasında əməkdaşlığın gücləndirilməsi iqtisadi və kommersiya əlaqələrinin inkişafında ən mühüm addımdır. Nazirlər, vitse-prezidentlər və bürokratlar kimi bizim vəzifəmiz əməkdaşlıq üçün lazımi mühiti və zəmin hazırlamaqdır.” – deyə o bildirib.

banner

Yılmaz qeyd edib ki, iş adamlarını qarşılıqlı təmaslarını artıraraq yeni əməkdaşlıq qapıları açmağa təşviq edirlər.

“Əsas məsələ iş adamlarının üzərinə düşür. Onlar bir araya gələcək və nəticəyönümlü şəkildə birgə layihələr və əməkdaşlıqlar inkişaf etdirəcəklər. Biz onlara əlimizdən gələn dəstəyi verəcəyik. Bir-birini tamamlayan iqtisadi strukturlarımız əlaqələrimizin günü-gündən dərinləşməsinə öz töhfəsini verir.” – deyə vitse-prezident bildirib.

O qeyd edib ki, Türkiyə ilə Türkmənistan arasındakı ticarət həcmi 2022-ci ildə iki milyard dolları keçib, bu ilin 11 ayında 2,5 milyard dollara çatıb və il sonuna qədər isə üç milyard dollara yaxın ticarət həcmi gözləyirlər.

“Məqsədimiz Türkiyə ilə Türkmənistan arasındakı ticarət həcmini beş milyard dollar çıxaraq. Münasibətlərimizdə ən mühüm mövzulardan biri enerji məsələləridir. Təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyanın dördüncü böyük ölkəsi olan Türkmənistanla Asiya ilə Avropa arasında körpü rolunu oynayan Türkiyə ilə təbii qazın dünya bazarlarına çıxışı baxımından əməkdaşlıq etməli olduğuna inanırıq.” – deyə Cevdet Yılmaz vurğulayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice