72
Bakı. AzerPress:
Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə intensiv fəaliyyəti, yeni imkanlar və perspektivlər məsələsi bugünki görüşdə xüsusi müzakirə edildi.
AzerPress-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin qorunub saxlanması üçün vacib faktordur.
“19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra yeni vəziyyət, bu istiqamətdə atılan addımlar, məcburi köçkünlərin geri qaytması və digər məsələlər müzakirə edilidi”, – deyə nazir əlavə edib.