Əsas səhifə » Turkish Cargo dünyada hər 20 hava yükündən birini daşıyır

Turkish Cargo dünyada hər 20 hava yükündən birini daşıyır

Yamin Savalanli

BakıAzerVoice

Türk Hava Yollarının (THY) hava yükdaşıma markası olan Turkish Cargo 6 faiz bazar payına nail olmaqla tarixin ən yüksək səviyyəsinə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə THY-nin yük daşıma (karqo) üzrə baş direktor müavini Ali Türk məlumat verib.

Onu sözlərinə görə, bu ilin ilk yarısında Turkish Cargo-nun qlobal bazar payı (FTK) 5,8%-ə çataraq, şirkət tarixində 6% ilə ən yüksək bazar payına sahib olub. “Bu, hər 20 hava yükündən birinin bizim tərəfimizdən daşındığını göstərir” deyə o bildirib.

banner

Turkish Cargo, hava yük daşımalarında Amerika, Avropa və Uzaq Şərqin ən böyük markalarını geridə qoyaraq, 2023-cü ilin avqust ayından etibarən ilk üç hava yükdaşıyıcısından birinə çevrilib.

“Sərnişin və yük daşımaları birlikdə qiymətləndirildikdə, 21-i yük təyyarəsi olmaqla 456 təyyarədən ibarət donanmamızla dünyanın 360-dan çox nöqtəsinə çatırıq. Bu mənada dünyanın ən çox ölkəsinə uçan hava yük markası ünvanına sahibik. Şəbəkə üstünlüyü və qlobal uçuş şəbəkəsindəki liderliyimiz sayəsində bir gündə dünyanın iki ucunu bir-birinə bağlaya bilirik. ABŞ-ın ən qərb şəhəri olan Los-Ancelesə təxminən 14 saata və Asiyanın ən şərq şəhəri olan Tokioya təxminən 13 saata çatırıq. Biz bütün dünyada biznes tərəfdaşlarımıza geniş giriş şəbəkəsi və qoşulma imkanları təqdim etməkdə əhəmiyyətli rəqabət üstünlüyü əldə etmişik”, – deyə Türk bildirib.

Dünyanın ən çox ölkəsinə uçan və illik bazda ən çox böyüyən hava karqo ünvanına sahib olan şirkət, 2033-cü ildə sektorun ən böyüyü olmağı hədəfləyir.

Digər Kateqoriyalar

2023 © AzerVoice