Əsas səhifə » Türk Səlcuqlu dövləti nə vaxt qurulub?

Türk Səlcuqlu dövləti nə vaxt qurulub?

admin

Bakı, AzerPress

Malazgirt döyüşündən çox qısa bir müddət sonra türklər İstanbulun yanındakı İznikə qədər olan torpaqları ələ keçirərək Anadoluda ilk dövlətlərini qurdular.

Bu dövlətin yaranma tarixi müxtəlif müzakirələrə səbəb olub.

Tədqiqatçılar Türk Səlcuqlu Dövlətinin yarandığı tarixlə bağlı müxtəlif tarixlər irəli sürmüşlər və Mehmet Altay Köymen bu dövlətin 1073-cü ildə qurulduğunu qeyd edir.

banner

O, eyni dövlətin daha iki dəfə 1077 və 1092-ci illərdə qurulduğu qənaətindədir.

Mükrimin Halil Yinanç 1077-ci ildə qurulduğunu, Zeki Velidi Togan və J. Laurent isə 1080-ci ildə qurulduğunu iddia edir.

İbrahim Kafesoğlu 1092-ci ildə durulduğu qənaətindədir.Türk Səlcuqları ilə bağlı araşdırmaları ilə tanınan Osman Turanın dövlətin yaranması kimi göstərdiyi tarix isə, 1075-ci ildir.

Süryani Mixail, Anna Kommena və Zonarasın əsərlərindəki qeydlər 1075-ci ildə Süleyman Qahın müstəqilliyini elan edərək “Sultan” titulu aldığını göstərir.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice