Əsas səhifə » Türk ordusu 11 terrorçunu zərərsizləşdirib

Türk ordusu 11 terrorçunu zərərsizləşdirib

Fərid Mikayilov

Bakı,VOA

İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən altı PKK terrorçusu və Barış bulağı bölgəsinə hücuma hazırlaşan beş PKK/YPG terrorçusu zərərsizləşdirilib.

VOA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial media hesabında paylaşım edib.

Terrorla mübarizənin həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdiyi bildirilib.

banner

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların üzərinə dəmir yumruqlarını vurmağa davam edir. İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən altı PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”,- deyə paylaşımda qeyd olunub.

Digər Kateqoriyalar

2023 © AzerVoice