126
Bakı, AzerPress:
Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək türkiyəli texniki heyət Misirdən Qəzzaya gəlib.
AzerPress bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən, heyətin rəyindən asılı olaraq xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, daha öncə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzanın Rəfah sərhəd-keçid məntəqəsinə yaxın ərazidə və Əl Ariş hava limanında 20 səhra xəstəxanasının qurulması üçün bütün hazırlıqların tamamlandığını bildirib.