Əsas səhifə » Türk müdafiə sənayesi şirkətləri milli məhsulların inteqrasiya olunmuş logistik dəstək xidmətləri üçün FNSS Müdafiə Sistemləri şirkəti ilə əməkdaşlıq edəcək

Türk müdafiə sənayesi şirkətləri milli məhsulların inteqrasiya olunmuş logistik dəstək xidmətləri üçün FNSS Müdafiə Sistemləri şirkəti ilə əməkdaşlıq edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Türk müdafiə sənayesi şirkətləri, milli məhsulların inteqrasiya olunmuş logistik dəstək xidmətləri üçün FNSS Müdafiə Sistemləri şirkəti ilə əməkdaşlıq edəcək.

AzerPress-in məlumatına görə, Türk müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan MilSOFT Texnologiya şirkəti və FNSS Müdafiə Sistemləri, 3-cü Hərbi Logistika və Dəstək Zirvəsində inteqrasiya olunmuş logistikanı idarə etmək və inkişaf etdirmək, eyni zamanda, texnologiya və proqram təminatı üzərində birgə işləmək üçün müqavilə imzalayıblar.

Müqaviləni MilSOFT-un baş direktoru Mustafa Özçelik, MilSOFT İKT və İnnovativ Həllər Direktoru Hüseyin Buğra Han Ayyıldız və FNSS-in Biznesin İnkişafı Direktoru Burak Sağ imzalayıb.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice