Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri ilə görüşüb

Fərid Mikayilov

Bakı,AzerVoice


Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Maksat Mamıtkanovla görüşüb.

AzerVoice xəbər verir ki, Qonağı salamlayan Aktotı Raimkulova cənab Mamıtkanovu Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Görüşdə Fondun prezidenti Türk dünyasının zəngin irsinin və qədim tarixinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Qırğızıstan arasında sıx tərəfdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Fondun prezidenti Bişkekdə yerləşən dahi qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev – muzeyinində təşkilat tərəfindən aparılan bərpa işlərindən danışıb.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Maksat Mamıtkanov Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının maddi-mənəvi irsinin öyrənilməsi və qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Qırğızıstan ilə Fond arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Fondun həyata keçirdiyi gələcək layihələrə Qırğızıstan tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib.

banner

Görüş Fondla Qırğızıstan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice