Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb

Sabina Mirzayeva

Bakı, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun ortaq tarixi keçmişə, dəyərlərə sahib Türk xalqlarının mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətlərindən bəhs olunub.

Fondun yeni transmilli Türk nominasiyasının – Türk Dünyasına məxsus orijinal sənət növü olan Qurama sənətinin UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi yönündə təşəbbüsü və apardığı işlər yüksək qiymətləndirilib.

banner

Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi arasında əlaqələrin genişləndirilməsinə və gələcək birgə tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə yekunlaşıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice