Əsas səhifə » Türk lirəsinə güvən artır – İngilis iqtisadçı Timothy Ash

Türk lirəsinə güvən artır – İngilis iqtisadçı Timothy Ash

Yamin Savalanli

Bakı, AzerVoice

Türkiyə iqtisadiyyatındakı son dövlərdəki yaxşılaşma fonunda həyata keçirilən islahatlar nəticəsində xarici investorların Türk valyutasına olan etibarı artıb.

AzerVoice xəbər verir ki, bunu BlueBay Asset Management üzrə baş strateq Timothy Ash türk mətbuatına verdiyi müsahibədə deyib.

Ash, son bir ildə təxminən 22 milyard dollarlıq portfel girişi olduğunu bildirərək, xalis ehtiyatların da müsbətə doğru çevrildiyinə diqqət çəkib.

banner

Türkiyənin beş illik risk mükafatı göstəricisinin 400 bəndə yaxın azaldığını xatırladan Ash, vətəndaşlar arasında dollara tələbatın olmadığını və türk lirəsinə meylin artdığını bildirib.

Britaniyalı iqtisadçı reytinq agentliklərinin və xarici investorların Türkiyəyə inamının artdığını vurğulayıb. O bildirib ki, Fitch-dən növbəti reytinq artımı ola bilər.

Qeyd edək ki, Fitch Ratings-in Türkiyənin kredit reytinqini sentyabrın 6-da qiymətləndirəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice