Əsas səhifə » İlk türk kosmonavtın kosmosa uçuş tarixi açıqlanıb

İlk türk kosmonavtın kosmosa uçuş tarixi açıqlanıb

Laman Asadli

Bakı. AzerPress:

Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək ilk Türk kosmonavt Alper Gezeravcı 9 yanvar 2024-cü ildə kosmosa səyahət edəcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Alper Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

banner

O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 müxtəlif elmi təcrübə aparacaq. Sənaye və Texnologiya naziri Kacır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.

Xatırladaq ki, A.Gezeravcı kosmos missiyasından əvvəl ABŞ-da təlim keçib. Təlim çərçivəsində onlar kosmik stansiyada həyati fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice