Əsas səhifə » Türk güləşçinin Azərbaycan və Türkiyə bayraqları ilə qələbə sevinci

Türk güləşçinin Azərbaycan və Türkiyə bayraqları ilə qələbə sevinci

Laman Asadli

Bakıda keçirilən hərbçi güləşçilər arasında 36-cı dünya çempionatında növbəti dəfə maraqlı anlar yaşanıb.

İdman.biz xəbər verir ki, bu dəfə türkiyəli pəhləvan Ahmet Duman dünya çempionluğunu Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

61 kq çəki dərəcəsində yarışan idmançı həlledici görüşdə yığmamızın üzvü Ceyhun Allahverdiyevi məğlub edib. Duman qələbə sevincini Türkiyənin ay-ulduzlu bayrağı ilə yanaşı, üçrəngli Azərbaycan bayrağı ilə bölüşüb və xalçanı dövrə vurub.

Qeyd edək ki, bir gün öndə İbrahim Yusubov (92 kq) qələbə sevincini eyni cür bölüşüb.

banner

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice