Əsas səhifə » Türk dövlətləri sığorta birliyi qurula bilər

Türk dövlətləri sığorta birliyi qurula bilər

Yamin Savalanli

Bakı, AzerVoice

Türkiyə kənd təsərrüfatı sığortası ilə bağlı təcrübəsini Türk dövlətləri ilə paylaşacaqdır.

AzerVoice xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kənd təsərrüfatı sığortası sisteminin qurulması üçün çalışdıqlarını və son hədəflərinin Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Sığortası Dərnəyinin yaradılması olduğunu bildirib.

Yumaklı Qazaxıstanın Kənd Təsərrüfatı Naziri Aidarbek Saparov və onu müşayiət edən nümayəndə heyəti ilə Nazirlikdə görüşüb. Görüşdən sonra Türkiyə ilə Qazaxıstan arasında kənd təsərrüfatı sahəsində 4 əməkdaşlıq müqaviləsi imzalanıb.

banner

İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Yumaklı Türkiyə ilə Qazaxıstan arasında getdikcə sürətlənən əməkdaşlığı daha da irəli aparmaq istədiklərini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev arasındakı dostluğun bu əlaqələrin inkişafına imkan yaratdığına diqqət çəkən Yumaklı, bu yaxşı əlaqələrin iki ölkə arasındakı ticarətdə də özünü göstərdiyini söylədi.

Son zamanlar Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kənd təsərrüfatı sığortası sisteminin qurulması üçün çalışdıqlarını bildirən Yumaklı, “Bunun ilk nümunələri Azərbaycan və Özbəkistan oldu. İnanıram ki, bu gün imzalanan niyyət bəyannaməsi ilə biz bu sahədə Bənzər bir sistem qurmaq üçün birlikdə hərəkət edəcəyik. Kənd təsərrüfatı sığortası ilə əlaqədar son məqsədimiz Türk Dövlətləri Sığorta Birliyinin qurulmasıdır. İnşallah bu və bənzəri əməkdaşlıqlar bu birliyin qurulmasının yolunu açacaq” dedi.

Digər Kateqoriyalar

2023 © AzerVoice