Əsas səhifə » Türk dövlətləri hərbi sahədə həmrəyliyini Qarabağda sübut etdi – Ərdoğan

Türk dövlətləri hərbi sahədə həmrəyliyini Qarabağda sübut etdi – Ərdoğan

Laman Asadli

Bakı, AzerPress:

Türk dövlətləri hərbi sahədə həmrəyliyini Qarabağda sübut etdi.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan qayıdarkən jurnalistlərin suallarını cavablayanda bildirib.

“Bildiyiniz kimi, uzun illərdir ki, dünyada sistem böhranı var. Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq siyasi, hərbi, iqtisadi sahələri də özündə birləşdirən güc birliyi yaratmaq istəyirdik. Bu, yalnız mövcud türk dövlətlərinin bir araya gəlməsi ilə mükün olacaqdı. İndiyə qədər türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu qeyd etdiyim bütün sahələrdə inkişaf etməyə başlayıb. Türk dövlətləri arasında artıq siyasi birlik var. Biz Qarabağda ən mühüm həmrəyliyi göstərmişik. Qarabağ bunun dünyaya ən böyük sübutu idi”, – deyə o vurğulayıb.

banner

R.T.Ərdoğan onu da bildirib ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki təsirli və qalıcı həll yaratmaq üçün dünyanın yüksələn gücünə çevrilir.

“Biz bu gündən daha əhatəli və ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi Türk Dövrüdür”, – deyə o vurğulayıb.

Ləman Əsədli

X: lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice