Əsas səhifə » Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Tasnim İsmixan

Bakı. VOA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasında vitse-prezident postuna kimin namizəd olacağına qərar verib.

VOA-nın məlumatına görə, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp müvafiq bəyanatı Pensilvaniyada tərəfdarlarının mitinqindən əvvəl deyib. Siyasətçi bildirib ki, bu şəxs iyunun 27-də hazırkı Amerika lideri Co Bayden ilə televiziya debatında iştirak edəcək, lakin hələlik respublikaçının seçimini heç kim bilmir.

banner

Kanalın mənbələri qeyd ediblər ki, Trampın vitse-prezidenti vəzifəsinə əsas namizədlər Şimali Dakota ştatının qubernatoru Duqlas Burqum, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubiodur.

Digər Kateqoriyalar

2023 © AzerVoice