Əsas səhifə » Torpaqlarımın azad olunması kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb – İlhamə Qədimova

Torpaqlarımın azad olunması kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb – İlhamə Qədimova

Aytac Suleymanova

Bakı. AzerPress, foto: APA

Torpaqlarımızın azad olunması kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb.

AzerPress-in məlumatına görə, bu sözləri Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Kənd Təsərrüfatı və Qida Forumunda çıxışı zamanı deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində, Azərbaycanın aqrar sahəsi yüksək inkişafa qədəm qoyub.

banner

Azərbaycanın qeyri-neft və aqrar sektoruna investisiya yatıran xarici şirkətlərin sayında son illərdə artım müşahidə olunur. Özəl sektorda çalışan investorları Azərbaycanda yaradılmış müasir strukturlu aqrar sektora töhfə verməyə çağırıram”,- deyə o qeyd edib.

İlhamə Qədimova bildirib ki, Azərbaycanın aqrar sahəsi rəqəmsallaşdırılıb. “Azərbaycanın aqrar sahəsinə investisiya qoymaq istəyən iş adamları üçün mühüm imkanlar yaradılıb. Aqrar sahəyə yüksək səviyyəli dövlət dəstəyi var.

Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz torpaqlarımızı azad etdi və 30 illik işğala son qoydu. Torpaqlarımın azad olunması kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb, belə ki, əkin sahələrimiz artıb”,- deyə o əlavə edib.

İlhamə Qədimova vurğulayıb ki, bugünkü tədbir iki qardaş ölkənin iş adamları arasında olan əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Xatırladaq ki, bugün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice