Əsas səhifə » Terrorla əlaqəli hesabların silinməsi üçün lazımi həssaslıq göstəriləcək

Terrorla əlaqəli hesabların silinməsi üçün lazımi həssaslıq göstəriləcək

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Terrorla əlaqəli hesabların silinməsi üçün lazımi həssaslıq göstəriləcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu deyib.

“Meta platforması tərəfindən PKK, PYD və FETÖ kimi terror təşkilatlarına aid hesabların və bu təşkilatların lehinə təbliğat aparan bütün məzmunların silinməsi üçün lazımi həssaslıq göstəriləcək. Bundan əlavə, terror təbliğatı və qeyri-qanuni məzmunla mübarizədə effektiv yanaşma tətbiq edilməklə təhlükəsizlik və ictimai asayiş qorunacaq.” – deyə o qeyd edib.

banner

Uraloğlu bildirib ki, Meta platformasına bildirilən kataloq cinayətləri ilə bağlı lazımi prosedurlar tamamlanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice