Əsas səhifə » TDT Astana Bəyannaməsində Qəzzaya humanitar yardım çağırışı edib

TDT Astana Bəyannaməsində Qəzzaya humanitar yardım çağırışı edib

Laman Asadli

Bakı, AzerPress:

Qəzza zolağında mülki əhalini qorumaq və humanitar yardım göstərmək üçün dərhal atəşkəs elan edilməlidir.

AzerPress xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Astana Bəyannaməsində bildirilib.

Məlumata əsasən, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderləri İsrail-Fələstin münaqişəsindən ciddi narahat olduqlarını və mülki əhalini hədəf alan bütün hücumları pislədiklərini bildiriblər.

banner

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice