Əsas səhifə » TCMB sədri Nyu-Yorkda beynəlxalq investorlarla görüşlər keçirəcək

TCMB sədri Nyu-Yorkda beynəlxalq investorlarla görüşlər keçirəcək

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə Mərkəzi Bankının(TCMB) sədri Hafize Gaye Erkan sabah Nyu-Yorkda beynəlxalq investorlarla görüşlər keçirəcək.

AzerPress xəbər verir ki, o, həcmi 50 trilyon dollara çatan dünyanın ən böyük investisiya fondlarından 200-dən çox yüksək səviyyəli nümayəndə ilə görüşəcək.

Məlumata əsasən, makroiqtisadiyyat, pul siyasəti, maliyyə bazarları və bank işi kimi mövzularda ətraflı texniki təqdimatların ediləcəyi iclasda geniş sual-cavab bölmələri də yer alacaq.

banner

Bundan əlavə, TCMB sədri Erkanın “Pul Siyasəti və İnflyasiya” adlı təqdimatı ilə başlayacaq iclasın ikinci hissəsində “Türkiyə Aktivləri üzrə İnvestor Baxışları Paneli” keçiriləcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice