Bakı. AzerPress:
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək
AzerPress-in məlumatına görə, bu barədə TBMM Xarici Əlaqələr Komissiyası bildirilib.
TBMM-in Xarici Əlaqələr Komitəsi “İsveç Krallığının NATO-da iştirakına dair Protokolun təsdiq edilməsinin məqsədəuyğunluğu haqqında təklif”i öz gündəliyinə daxil edib.
Qeyd oolunub ki, komissiya 26 dekabr çərşənbə axşamı saat 15.00-da toplanacaq.
İclasda beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı 10 qanunvericilik təklifi müzakirə olunacaq.
Gündəliyin 10-cu bəndi İsveçin NATO-ya qəbul protokolunun təsdiqini təsdiq edən qanunvericilik təklifi olub.
Xatırladaq ki, komitəsində noyabrın 16-da müzakirəyə çıxarılan təklifin müzakirələri təxirə salınıb.
Hafiz Rufizoğlu