Əsas səhifə » Tayvanda 8 əsgər Çinə casusluq etdiyi üçün həbs edilib

Tayvanda 8 əsgər Çinə casusluq etdiyi üçün həbs edilib

Orkhan Qadirzade

Bakı,AzerVoice

Tayvan 8 hərbçisini cəsusluq ittihamı ilə həbs edib.

AzerVoice xəbər verir ki, Tayvanda Çin adından casusluq şəbəkəsi yaratmaqda ittiham olunan Çen Yu-hsin barəsində başlanan məhkəmə işi yekunlaşıb.

Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib.

banner

Mühakimə olunan əsgərlərdən biri təqsirsiz bilinərək azadlığa buraxılıb.

Təhlükəsizlik orqanlarından qaçan əsgər haqqında isə hökm oxunmayıb.

2022-ci ildə Çin adından casus şəbəkəsi qurmaqla təqsirləndirilən Çen adlə hərbiçinin əlavə iki təqaüdçü zabiti də bu işə cəlb etdiyi məlum olub.

Həmçinin keçmiş zabit Çenin 5 ordu mənsubundan rüşvət qarşılığında hərbi sirləri aldığı ortaya çıxıb.

Sözügedən şəbəkə Tayvan ordusuna mənsub pilotlardan birini helikopterlə Çinə qaçaraq təslim olmağa razı salıb.

Həmçinin bir əsgərə də “müharibə olarsa, Çin Ordusuna təslim olacağıq” dediyi bir video çəkdirib.

Xatırladaq ki, Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir.

Onuda qeyd edək ki, Çin Tayvan adasının Çin Xalq Respublikasına aid olduğunu iddia edir.

Çinlə Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan mübahisələr bu gün də davam edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice