Əsas səhifə » Tayvan Çinə məxsus gəmi və təyyarələrin yaxınlaşmasını qeydə alıb

Tayvan Çinə məxsus gəmi və təyyarələrin yaxınlaşmasını qeydə alıb

Yamin Savalanli

Bakı, AzerVoice:

Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Respublikasının 18 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

AzerVoice-un TASS-a istinadən verdiyi məlumata görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin eyniləşdirmə zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verdi.

banner

Tayvan 1949-cu ildən, Çan Kayşi (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice