Əsas səhifə » Taxıl dəhlizini yenidən işə salmalıyıq – Ərdoğan

Taxıl dəhlizini yenidən işə salmalıyıq – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Taxıl dəhlizini yenidən işə salmalıyıq.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Taxıl dəhlizi mexanizmi daha ədalətli dünyaya doğru müsbət addım idi. Biz Taxıl dəhlizini yenidən işə salmalıyıq. Ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz isə fabriklərimizi işlətməklə onu una çevirərək Afrika ölkələrinə göndərəcəkdik. Biz bu plana əməl edirik. Bu yaxınlarda Rusiya prezidenti cənab Vladimir Putinlə görüşümüz olacaq və Taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə Ərdoğan bildirib.

banner

Xatırladaq ki, Taxıl dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice