Əsas səhifə » Tatarıstan prezidenti Surxandəryaya rəsmi səfərə gəlib

Tatarıstan prezidenti Surxandəryaya rəsmi səfərə gəlib

Azer Voice

 Bakı,AzerVoice

Tatarıstanın Prezidenti Rüstəm Minnixanov Özbəkistanın Surxandərya vilayətinə gəlib. AzerVoice-nin Podrobno.uz saytına istinadən verdiyi məlumata görə, onu Termez hava limanında vilayətin hakimi Uluqbek Kasımov və digər rəsmi şəxslər qarşılayıblar. 

Fəxri qonaq islam dünyüasında tanınmış hədis alimi Əl Həkim ət-Termizinin məqbərəsini ziyarət edib. 

Sonra o, azad iqtisadi zonaların, logistika mərkəzlərinin, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub, rayonun tarixi yerlərini və görməli yerlərini ziyarət edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice