Əsas səhifə » Tarixdə bu gün – 30 Avqust

Tarixdə bu gün – 30 Avqust

Yamin Savalanli

Bakı, AzerVoice

E.Ə 30 Qədim Misirdə Kraliça Kleopatra intihar etdi.
1071-ci ildə Malazgirt qələbəsi ilə Alparslanın başçılığı altında türklər Anadoluya daxil oldular.
1908-ci ildə Hicaz dəmir yolu açıldı.
1924 Türkiyə İş Bankı ilk əməliyyatını həyata keçirərək fəaliyyətə başladı. Bankın təsis kapitalı 1 milyon lirə idi.
1937 Atatürkün mənəvi qızı Sabiha Gökçenə 1935-ci ildə daxil olduğu Eskişehir Hava Məktəbində aviasiya pilotu diplomu verildi.
1941 Alman ordusu 900 gün davam edəcək Leninqrad mühasirəsinə başladı.
1963 Kremllə Ağ Ev arasında birbaşa əlaqəni təmin edəcək “qırmızı telefon” xətti istifadəyə verildi.
1971 İstanbul Televiziyası sınaq yayımlarına başladı.
1981 İran prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahomər bombalı hücum nəticəsində həlak olublar.
1985 Amnesty International BMT-nin İnsan Haqları Komissiyasına hesabat göndərdi. Hesabatda Bolqarıstanda türk azlığına qarşı bolqarlaşdırma kampaniyasına son qoyulması tələb edildi.
1988 İraq ordusundan qaçan minlərlə kürd Türkiyə sərhədində toplaşdı. Hökumət sərhədləri açmaq qərarına gəldi. Minlərlə kürd Hakkarinin Çukurca və Uludere rayonlarına sığındı.
1992 İrandan Türkiyəyə daxil olan 300-ə yaxın PKK yaraqlısı ilə təhlükəsizlik qüvvələri toqquşdu; 100 yaraqlı və 10 təhlükəsizlik əməkdaşı öldü.
1995 NATO Bosniya serblərinə qarşı hava əməliyyatına başladı. Həlledici Qüvvələr Əməliyyatı İkinci Dünya Müharibəsindən sonra Avropadakı ən intensiv bombardmanlardan biri idi.

Digər Kateqoriyalar

2023 © AzerVoice