Əsas səhifə » Tarixdə bu gün – 29 Avqust

Tarixdə bu gün – 29 Avqust

Yamin Savalanli

Bakı, AzerVoice

1521 Osmanlı ordusu Belqrad (keçmiş Nándorfehérvár) fəth etdi.
1526 Qanuni Süleyman Macarıstan ordusunu Mohaçda böyük məğlubiyyətə uğratdı.
1541 Osmanlı ordusu Macarıstan krallığının paytaxtı Budanı ələ keçirdi.
1756 Prussiya kralı II. Frederik Saksoniyaya hücum etdi; Yeddi illik müharibə başladı.
1825 Portuqaliya Braziliyanın müstəqilliyini tanıdı.
1831 Maykl Faraday elektromaqnit induksiyasını kəşf etdi.
1842 İngiltərə ilə Çin arasında “Tiryək müharibəsi”nə son qoyulan Nankinq müqaviləsi imzalandı.
1855 Osmanlı İmperiyasında ilk teleqraf zəngi edildi.
1918 Polşa müstəqilliyini elan etdi.
1933 Yəhudilər Almaniyadakı həbs düşərgələrinə göndərilməyə başlandı.
1938 Hərbi Məhkəmə Nazım Hikməti orduda təxribat törətdiyinə görə 28 il 4 ay həbs cəzasına məhkum etdi.
1947 ABŞ alimləri plutoniumun nüvə enerjisi üçün parçalanmasına nail oldular.
1949 SSRİ Qazaxıstanda ilk atom bombasını sınaqdan keçirdi.
1967 Misir yazıçısı və Müsəlman Qardaşlar hərəkatının lideri Seyid Qutb edam edildi.
1988 İraq ordusunun hücumundan qaçan minlərlə kürd Türkiyə sərhədinə toplaşdı.
1996 Türkiyə İsraillə ikinci hərbi müqavilə bağladı.
2003 İraq şiə liderlərindən Ayətullah Seyid Məhəmməd Bəkr əl-Həkim Nəcəfdə məsciddən çıxarkən bombalı sui-qəsd nəticəsində öldürüldü.
2005 “Katrina” qasırğası Luizianadan Floridaya qədər bölgədə 1836 nəfərin ölümünə və 115 milyard dollar ziyana səbəb olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice