Əsas səhifə » Tarixdə bu gün – 28 Avqust

Tarixdə bu gün – 28 Avqust

Yamin Savalanli

Bakı, AzerVoice

1521 Osmanlı ordusu Belqradı fəth etdi.

1789 William Herschel Saturnun yeni peykini kəşf etdi.

1845 Scientific American jurnalının ilk sayı nəşr olundu.

banner

1898 Caleb Bradham istehsal etdiyi qazlı içkinin adını “Pepsi-Cola” olaraq dəyişdirdi.

1907 UPS Vaşinqtonun Sietl şəhərində James E. Casey tərəfindən təsis edilib.

1916 Almaniya Rumıniyaya müharibə elan etdi.

1916 İtaliya Almaniyaya müharibə elan etdi.

1924 Gürcüstanda müxalifət SSRİ-yə qarşı üsyana başladı.

1934 Türkiyədə Üsküdar-Kadıköy tramvay xəttinin ilk sınaqları keçirildi.

1954 Türkiyə Prezidenti Cəlal Bayar Savarona yaxtası ilə Yuqoslaviyaya getdi.

1963 Vaşinqtonda 200.000 insanın iştirak etdiyi vətəndaş hüquqları yürüşündə Martin Lüter Kinq məşhur “Mən bir xəyalım var” nitqini söylədi.

1964 Ankarada 20 min gənc ABŞ səfirliyinə doğru yürüş etdi və Yunanıstan səfirliyi daşqalaq edildi.

1974 Keban Anbarı və Su Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlandı.

1987 Türkiyədə 20 ildə tamamlanan Kocatepe Məscidi Baş nazir Turqut Özal tərəfindən açıldı.

1988 Almaniyanın Ramstein aviabazasında keçirilən aviasiya nümayişləri zamanı İtaliya Hərbi Hava Qüvvələrinin nümayiş komandasının üç təyyarəsi havada toqquşub və tamaşaçıların üzərinə düşüb; 75 nəfər ölüb, 346 nəfər yaralanıb.

1990 İraq Küveyti özünün yeni bölgəsi elan etdi.

1991 Ukrayna SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.

1991 Mixail Qorbaçov Sovet Kommunist Partiyasının katibi vəzifəsindən istefa verdi.

1995 Markale Soyqırımı: 37 nəfər ölüb, 90 nəfər yaralanıb. Bu hadisə NATO-nun hərbi müdaxiləsinə səbəb oldu.

Digər Kateqoriyalar

2023 © AzerVoice