Əsas səhifə » Tarixdə bu gün – 2 Sentyabr

Tarixdə bu gün – 2 Sentyabr

Yamin Savalanli

Bakı, AzerVoice

1633 Böyük İstanbul yanğını başladı. Cibalidə baş verən yanğında 20 mindən çox bina məhv olub. Katip Çələbinin dediyinə görə, şəhərin beşdə biri yanıb.

1666 Böyük London Yanğını başladı və üç gün davam etdi; 13200 ev və 87 kilsə külə dönüb.

1781 Los-Anceles şəhərinin əsası qoyulub. İspan dilində “Los-Anceles” sözünün tərcüməsi mələklər deməkdir.

banner

1925 Təkkə və zaviyələrin bağlanması, məmurların papaq taxması qərara alındı.

1941 Alman və Sovet qoşunları Leninqrad yaxınlığında döyüşməyə başladılar.

1942 Alman SS qoşunları Varşava Gettosu qiyamını 50 min yəhudini öldürməklə yatırdı.

1945 Yaponiyanın SSRİ və ABŞ qarşısında kapitulyasiyasından sonra İkinci Dünya müharibəsi rəsmən başa çatıb. ABŞ-nin “Missuri” gəmisində imzalanan kapitulyasiya haqqında akta əsasən, Yaponiyanın işğalı altında olmuş Koreya yarımadası 38-ci paralel üzrə ABŞ (cənub) və SSRİ (şimal) arasında bölünüb. Mancuriya Çinə, Kuril adaları SSRİ-yə verilib. ABŞ Yaponiya ərazisində hərbi baza saxlamaq hüququ əldə edib.

1965 İnternetin əcdadı olan Arpanet meydana çıxır

1969 ABŞ-da ilk bankomat qurğusu Rockville Center-Nyu-Yorkda quraşdırılıb.

1968 İranda zəlzələ: 11 min adam öldü.

1991  Separatçı Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.

1998 Swiss Airlines sərnişin təyyarəsi Peggys Cove, Yeni Şotlandiyada qəzaya uğradı; 229 nəfər ölüb.

2011 Türkiyə BMT-nin Mavi Mərmərə hesabatını açıqlamasından sonra İsrailə qarşı 5 maddəlik sanksiya qərarı aldı.

Digər Kateqoriyalar

2023 © AzerVoice