Əsas səhifə » Tarixdə bu gün-18 sentyabr

Tarixdə bu gün-18 sentyabr

Orkhan Qadirzade

Bakı, AzerVoice

1851 Amerikanın New York Times qəzeti nəşr olunmağa başladı.

1921 Sakarya Döyüşünü qazanan Mustafa Kamal Paşa Ankaraya qayıtdı.

1923 Hindistan Milli Konqresi vətəndaş itaətsizliyi kampaniyasına başladı.

banner

1932 Türkiyədə azanın ərəbcə oxunması qadağan edilərək türkcə oxunmağa başlandı.

1934 Sovet Sosialist Respublikaları İttifaqı Millətlər Cəmiyyətinə daxil oldu.

1937 Nyon müqaviləsi Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

1956 Efesdə 1926-cı ildən bu yana aparılan arxeoloji qazıntılar zamanı Prytaneion adlı hissədə dünyaca məşhur Artemida heykəli tapıldı.

1962 Kiprdə Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşa qarşı sui-qəsd təşkil edildi.

1974 Türkiyədə CHP-MSP koalisiyası dağıldı. Bülent Ecevit baş nazirlikdən istefa verdi.

1978 ABŞ prezidenti Cimmi Karterin rəhbərliyi altında Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin sülh sazişi imzalandı.

1981 Fransada ölüm hökmü ləğv edildi.

1997 89 ölkə minalara qadağa müqaviləsini ratifikasiya etdi. ABŞ mətni imzalamaqdan imtina edib.

2000 İsrail hökuməti Fələstinlə sülh danışıqlarını dayandırdığını elan etdi.

2005 Əfqanıstanda 1969-cu ildən sonra ilk parlament seçkiləri keçirildi.

2007 Türkiyə Prezidenti Abdullah Gül ilk xarici səfərini KKTC-yə etdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice