Əsas səhifə » Taliban lideri əfqanlara dünya həyatı ilə bağlı xəbərdarlıq edib

Taliban lideri əfqanlara dünya həyatı ilə bağlı xəbərdarlıq edib

Yamin Savalanli

Bakı, VOA

Taliban lideri Hibatullah Axundzadə Əfqanıstan xalqına ölkənin humanitar böhranların məngənəsində və dünyadan təcrid olunduğu bir vaxtda pul qazanmaq və ya “dünya şərəfi” əldə etmək mövzusunda xəbərdarlıq edib.

VOA xəbər verir ki, Axundzadə Qandaharda Qurban bayramı münasibətiylə verdiyi 23 dəqiqəlik xütbədə əfqanları müsəlmanlıq vəzifələrini yerinə yetirməyə və bir olmağa çağırıb. Axundzadə müsəlmanlar arasında qardaşlıq istədiyini bildirərək, vətəndaşlarla Taliban rəsmiləri arasındakı fikir ayrılıqlarından məmnun olmadığını qeyd edib.

“Biz Allaha ibadət etmək üçün yaradılmışıq, pul qazanmaq və ya dünya şərəfinə nail olmaq üçün deyil. Bizim İslam sistemimiz Allahın nizamıdır və biz ona əməl etməliyik. Aramızda olan nifaq yalnız düşmənə xidmət edir, o bundan sui-istifadə edir”-deyə o bildirib.

Həmçinin, Axundzadə, onun ali rəhbər vəzifəsindən uzaqlaşdırılması birlik və sülhə səbəb olacağı təqdirdə bu məsələ ilə bağlı istənilən qərarı həvəslə qəbul edəcəyini bildirib. O, insanlar arasındakı ixtilaflardan, fikir ayrılıqlarından məmnun olmadığını söyləyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice