Əsas səhifə » “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib – Hakan Fidan

“Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib – Hakan Fidan

Laman Asadli

Bakı. AzerPress:

“Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə münasibətlərini daha da gücləndirib.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

“İlk növbədə, Cənubi Qafqazın sabitliyi nəqliyyat və enerji xətlərinin təhlükəsizliyi baxımından çox vacibdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti mərkəzi dəhlizin mühüm tərkib hissəsini təşkil edir. Qlobal təchizat zəncirində mövqeyimizi gücləndirməyimiz üçün xəttin istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edir. Qars-Naxçıvan dəmir yolu layihəsini ən qısa zamanda həyata keçirməyi hədəfləyirik”, – deyə o vurğulayıb.

banner

Türkiyəli nazirin sözlərinə görə, TANAP-ın potensialının genişləndirilməsi və Xəzər təbii qazının Türkiyə və Avropaya nəqli iki ölkənin strategiyasının mühüm tərkib hissəsidir.

H.Fidan onu da qeyd edib ki, Azərbaycan Qarabağda öz suverenliyini tam təmin edib.

“Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında daimi sülh və sərhədlərin müəyyən edilməsi sazişlərinin müsbət irəliləyişini alqışlayırıq. Sülhün və əmin-amanlığın hökm sürdüyü Cənubi Qafqaz bütün aktorların marağındadır”, – deyə o əlavə edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice