Əsas səhifə » Suriyadakı əməliyyat bölgələrimizdə heç bir neqativ hal yoxdur – Türkiyə MN

Suriyadakı əməliyyat bölgələrimizdə heç bir neqativ hal yoxdur – Türkiyə MN

Fərid Mikayilov

Bakı,VOA

Hazırda Suriyada əməliyyat apardığımız bölgələrdə heç bir neqativ hal yoxdur.

VOA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) məlumat verilib

“Suriyada baş verən və Türkiyəyə qarşı olan bəzi qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli hərəkətlər diqqətlə izlənilib və izlənilir. Bu hərəkətlərə qarşı lazımi tədbirlər görülüb. Türkiyə Respublikasına qarşı heç bir halda bu cür hərəkətlərə yol verilməyəcəkdir”,- deyə nazirlikdən bildirilib.

banner

Türk Silahlı Qüvvələrinə 25 min mütəxəssis çavuş üçün edilən müraciətlərin sayı ilə bağlı mövzuya da toxunulub.

“Mütəxəssis alımı çərçivəsində 3-30 iyun tarixləri arasında 115 min 883 müraciət qəbul edilib və namizədlərin qiymətləndirmə prosesi davam edir. Bu rəqəm tələbatın dörd qatından çoxdur. Sonrakı proses yazılı imtahan, fiziki qabiliyyət imtahanı, müsahibə və sağlamlıq müayinəsindən ibarətdir” – deyə nazirlik vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice