Əsas səhifə » Suriya-Türkiyə münasibətləri region üçün önəmlidir – Rufiz Hafizoğlu

Suriya-Türkiyə münasibətləri region üçün önəmlidir – Rufiz Hafizoğlu

Yamin Savalanli

Bakı, VOA

Suriya və Türkiyə münasibətlərinin normallaşması region üçün çox önəmlidir.

VOA xəbər verir ki, bunu “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

“Son günlər hər iki dövlətdə təxribatlar nəticəsində baş verən ixtişaşları təsadüfü hesab etmək olmaz”-deyə Hafizoğlu bildirib.

O qeyd edib ki, hal-hazırda həm Türkiyə həm də Suriya üçün ən aktual məsələ ixtişaşların dayandırlıması və ortaq təhdid olan terrora qarşı mübarizədir.

“Bundan əvvəl Dəməşq Ankara ilə əlaqələrin normallaşması istiqamətində müsbət addımlar atmışdı. Bir şeyi nəzərə almaq lazımdır ki, Suriya bu gün ciddi bir cəhdlə qonşu ərəb dövlətləri və eləcə də Türkiyə ilə əlaqələrini bərpa etməyə çalışır”-deyə o qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice