Əsas səhifə » Sultan I Murad necə öldü?

Sultan I Murad necə öldü?

admin

Bakı, AzerPress:

Kosovo müharibəsində düşmən məğlub olub qaçdıqdan sonra böyük qələbə qazanan Osmanlı sultanı I Murad döyüş meydanında dolaşmağa başlayır və qələbə üçün Allaha şükür edir. Bu vaxt müharibədə yaralanan serb despotu Miloş Obiliçin (Kobilic) kürəkəni hökmdarın yanına gələrək, müsəlman olacağını və mühüm məlumatlar verəcəyini söyləyir. Sultan onu qəbul edir. Anidən I Murad Xudavəndigarın üzərinə xəncərlə hücum edən Miloş Obiliç sultanı ürəyindən yaralayayır və onu atdan aşağı salır. Obiliç hökmdarın ətrafındakı adamlar tərəfindən dərhal öldürülür.

Sultanın yaralandığı yerdə çadır qurulur və müalicə edilir. Yarası ağır olduğu üçün müalicə təsir göstərmir, buna görə də böyük oğlu Yıldırım Bəyazid çağrılraq hökmdar elan edilir.

Xudavəndigar nə deməkdir?

banner

Tarix kitablarında I Muraddan Murad-ı Evvel (I Murad), Murad Xudavəndigar və Qazi Hökmdar kimi bəhs edilir. Avropa mənbələrində isə ona “Amurad” adı verilir. Murad Xudavəndigar ən çox istifadə edilən addır. Xudavəndigar, fars sözü olub “hökmdar” deməkdir. Atası və babası kimi I Murada təkcə “bəy” deyilmir, onun da hökmdar kimi adı çəkilir.

I Murada verilən bu ad sonradan Bursa sancağının adı olur. Bu ərazi Osmanlı idarəsində “Xudavəndigar Sancağı” adlandırılır.

Silsilə xəbərlər

Ləman Əsədli

Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice