Əsas səhifə » Süleyman şahın məzarı haradadır?

Süleyman şahın məzarı haradadır?

admin

Bakı,AzerPress

20 oktyabr 1921-ci ildə Türkiyəhökuməti ilə Fransa hökuməti arasında imzalanan Ankara müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq Caber qalası və şimal-qərb ətəklərində “Türk türbəsi” kimi tanınan türbənin olduğu ərazi (8.797 m2 ), Anadolu türkləri üçün mənəvi əhəmiyyətinə görə Türkiyəyə köçürülmüşdür.

Türkiyə Cümhuriyyətinin ərazisi sayılan bu bölgədəki jandarma bölməsi türk bayrağını dalğalandırırdı.

1974-cü ildə Tabya bəndinin dağılması nəticəsində sular altında qalma riski olan türbə Suriya ilə razılaşmaya uyğun olaraq şimaldakı Karakozak adlı bölgəyə köçürüldü və yeni türbə tikildi.

banner

Bəzi tarixçilər bu Türbədə basıdırlan şəxsin Süleyman şah olmadığı, bəziləri isə hansı Sülüyman şah olduğu məsələsində fikir ayrılığındadırlar.

Aşıkpaşazade, Neşri, Oruç kimi bəzi Osmanlı tarixçiləri Ərtoğrul Qazinin atası Süleyman Şahın Urfa tərəfində və Cabirdə olduqdan sonra Fəratı keçərkən boğulduğunu bildirirlər və hesab edirlər ki , o Caber qalasında dəfn olunub.

Ənveri isə bu Süleyman Şahın Türk Səlcuqlarının qurucusu Kutalmışoğlu Süleyman Şah olduğunu bildirir. Səlcuq tarixi mütəxəssisi olan Osman Turan, Cabir qalasında yatan şəxsin Kutalmışoğlu Süleyman Şah olmadığını bildirir.

Kutalmışoğlunun məzarı Hələb qapısındadır və öldüyü zaman Caber qalası Səlcuqluların əlində deyildi.

Osmanlı tarixini araşdırarkən , çayı keçərkən boğulma hekayələrinin Süleyman ağa deyil, Habur çayında boğulan oğlu Kılıçarslana da uyğun olduğunu görmək olar.

Anadolu türkləri arasında Anadolu fatehləri Kutalmışoğlu Süleyman Şah və Kılıçarslanla bağlı xatirələr Osmanlılara ötürüldüyü üçün bəzi Osmanlı tarixçiləri Süleyman Şahı öz əcdadları hesab etmişlər. Ancak son yapılan araştırmalara göre Osman Gazi’nin dedesi Süleyman Şah değil, Gündüz Alp isimli birisidir.

Ənveri, Karamanlı Mehmed Paşa və Əhmədi kimi Osmanlı tarixçiləri Gündüz Alp adını Osman Qazinin babası olaraq qeyd edirlər.

Bəs Caber qalasında basdırılan şəx kimdir?
Bu gün bu suala cavab vermək iqtidarında deyilik. Ola bilsin ki, burada yatan Süleyman şah Osmanlının əcdadlarındandır. Orxan bəyin oğlunun adını Süleyman qoyması onun əcdadları arasında bu adda birinin ola biləcəyini deməyə əsas verir.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice